WiFi Pineapple
WiFi Pineapple® — peşəkar Wi-Fi təhlükəsizlik auditi və Red Team iş axınları üçün hazırlanmış sənaye standartı pentest cihazıdır. Brauzer əsaslı idarəetmə paneli sayəsində quraşdırma və test ssenarilərini rahat şəkildə idarə etməyə, əlavə modullar/app ekosistemi ilə funksionallığı genişləndirməyə imkan verir.
RAGEUNIT müstəqil satıcıdır. Məhsul yalnız sizə məxsus olan və ya açıq icazəniz olan şəbəkələrdə təhlükəsizlik yoxlamaları, təlim və laboratoriya məqsədləri üçün nəzərdə tutulur.
Nə üçün WiFi Pineapple?
-
Rogue AP / Wi-Fi audit imkanları – təşkilatların Wi-Fi risklərini qiymətləndirmək və zəif nöqtələri aşkarlamaq üçün audit platforması
-
PineAP Suite – hədəfləmə və test prosesini daha nəzarətli aparmaq üçün nəzərdə tutulmuş funksiya dəsti
-
Dəqiq hədəfləmə filtrləri – engagement scope daxilində qalmağa kömək edən filtr mexanizmləri (SSID/MAC filtr yanaşmaları)
-
Sadə web interfeys + app ekosistemi – komandalar üçün sürətli workflow və genişlənə bilən sistem
-
Remote idarəetmə dəstəyi – Cloud C2 inteqrasiyası ilə uzaqdan idarəetmə ssenariləri
Kimlər üçün uyğundur?
-
Red Team / Blue Team mütəxəssisləri (icazəli auditlər üçün)
-
Kibertəhlükəsizlik tələbələri və laboratoriyalar
-
Şirkətlərdə Wi-Fi təhlükəsizlik qiymətləndirməsi aparan IT/Sec komandaları
Vacib hüquqi qeyd
Bu cihaz yalnız qanuni və etik istifadə üçündür. İcazəsiz giriş, qanunsuz fəaliyyət və ya üçüncü tərəf şəbəkələrinə müdaxilə məqsədi ilə istifadəyə dəstək verilmir.